Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir

Baxış: 108
Şad xəbər gəldi: Ödənişlərin 75 faizi silinir


Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər müəyyən şərtlərə cavab verdikləri halda mənfəət vergisində 75 faizlik güzəştdən yararlana bilərlər.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən edilmiş tələblərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətin 75 faizi vergidən azad edilir.

Ümumiyyətlə, mənfəət vergisi müəssisələrin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətə tətbiq olunan əsas vergilərdən biridir. Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən, Azərbaycanda rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

Ümumi qaydada rezident müəssisələrin mənfəəti 20 faiz dərəcə ilə mənfəət vergisinə cəlb olunur. Lakin iqtisadiyyatın müəyyən sahələrinin inkişaf etdirilməsi, investisiyaların təşviqi, kiçik sahibkarlığın dəstəklənməsi və innovativ fəaliyyətlərin stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif azadolma və güzəştlər nəzərdə tutulub.

2026-cı ildə mənfəət vergisinin hesablanması zamanı güzəştlərin düzgün tətbiqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, yalnız müəssisənin mikro sahibkarlıq subyekti olması güzəştdən yararlanmaq üçün hər zaman kifayət etmir. Müəyyən hallarda işçilərin sayı, sosial sığorta üzrə borcun olub-olmaması və digər tələblər də nəzərə alınır.

Mənfəət ümumi qaydada gəlirlərdən həmin gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra müəyyən edilir.

Məsələn, müəssisənin 2026-cı il ərzində gəlirləri 500 min manat, gəlirdən çıxılan xərcləri isə 400 min manat olarsa, onun mənfəəti 100 min manat təşkil edir. Bu halda 20 faiz dərəcə ilə mənfəət vergisi 20 min manat olacaq.

Lakin müəssisə qanunvericilikdə nəzərdə tutulan güzəştdən istifadə etmək hüququna malikdirsə, ödəniləcək verginin məbləği əhəmiyyətli dərəcədə azalır.

Məsələn, “AA” MMC 2026-cı ildə 80 min manat mənfəət əldə edib və mikro sahibkarlıq subyekti olmaqla güzəştdən istifadə üçün müəyyən edilmiş şərtlərə cavab verir.

Bu halda mənfəətin 75 faizi, yəni 60 min manatı güzəşt olunur. Vergiyə cəlb edilən mənfəət 20 min manat təşkil edir. Bunun 20 faizi hesablandıqda ödəniləcək mənfəət vergisi 4 min manat olur.

Güzəşt tətbiq edilmədiyi halda isə müəssisə 16 min manat mənfəət vergisi ödəməli idi. Beləliklə, güzəşt nəticəsində müəssisənin vergi öhdəliyi 12 min manat azalır./yenisabah

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.