Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir" - Naxçıvan MR prokuroru

Baxış: 117
"Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir" - Naxçıvan MR prokuroru


Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Prezident İlham Əliyev tərəfindən ona II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilməsi ilə bağlı açıqlama verib.

O, Manset.az-a açıqlamasında Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezident İlham Əliyevin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir. Allah Cənab Prezidentimizin canını sağ eləsin. Verilən rütbənin məsuliyyətini dərk edərək çalışacağam ki, bu ehtimadı doğruldum. Bir daha Cənab Prezidentimizə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Sənan Paşayev 2023-cü ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikasının prokurorudur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.