Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı

Baxış: 144
“Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı


Hazırda Rusiyanın “Zolotaya Korona” ödəniş sistemi vasitəsilə Azərbaycan, Ermənistan, Gürcüstan və Qazaxıstana pul köçürmələri əlçatan deyil. 

“Sahibkartv.az” xəbər verir ki, rəsmi saytda Rusiyadan onlayn pul köçürülməsi mümkün olan ölkələr arasında yalnız Özbəkistan, Türkiyə və Qırğızıstan qeyd olunub. 

Bu məhdudiyyətin Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməsindən sonra tətbiq olunduğu bildirilir.

Qeyd edək ki, “Zolotaya Korona” ödəniş sisteminin operatoru olan “Platejnıy Sentr” (“Платежный центр”) Rusiya Qeyri-Bank Kredit Təşkilatı Aİ-nin sanksiyalar paketinə daxil edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.