Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO

Baxış: 153
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO


Yeni tədris ilinin başlamasına iki aydan çox vaxt qalsa da, kirayə mənzil bazarında artıq hərəkətlilik müşahidə olunur. Bölgələrdən paytaxta təhsil almağa gələn tələbələr mənzil tapmaq üçün axtarışlara erkən başlayırlar.

Mənzil elanlarında isə daha çox qız tələbələrə üstünlük verildiyi diqqət çəkir. Hətta bəzi hallarda eyni mənzil oğlan tələbələrə daha yüksək qiymətə təklif olunur.

Baku TV-nin "Mənzilinizi oğlan tələbələrə kirayə verərsiniz?" sualı ilə paytaxt sakinləri arasında keçirdiyi sorğu maraqlı cavablarla yadda qalıb.

"Qızlara ev verirlər, çünki əksəriyyəti səliqəli olur. Oğlanların isə çoxu evi səliqəsiz saxlayır, dağıdır. Belə olan halda kim onlara ev versin? Qızlara 500 manata verilən mənzil oğlanlara, bəlkə də, 550-600 manata təklif olunur", - sakinlərdən biri bildirib.

Başqa bir sakin isə qeyd edib: "Yəqin ki, evdə nadinclik edirlər. Oğlanlara güvən azdır, yaxud da mənzili baxımsız saxlayırlar".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.