Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək

Baxış: 117
Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək


Azərbaycanın daha bir rayonunda əlilliyi müəyyən edilmiş bir qrup şəxsə və şəhid ailələrinə yeni mənzillər veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb.

Həyata keçirilən tədbirlərin davamı olaraq sözügedən kateqoriyaya aid şəxslərə Yardımlı rayonunda 10 ədəd üçotaqlı, 18 ədəd ikiotaqlı və dörd ədəd birotaqlı mənzilin verilməsi nəzərdə tutulur.

Məlumata əsasən, əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə təqdim ediləcək həmin mənzillərin satın alınmasına təxminən 2.6 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılır./İqtisadiyyat.az

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.