Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Azərpoçt"a yeni sədr təyin olunub - YENİLƏNİB

Baxış: 72
"Azərpoçt"a yeni sədr təyin olunub - YENİLƏNİB


"Azərpoçt" MMC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

 "Report" məlumatın görə, bu, Manaf Babayevdir.

O, Azərbaycan Dövlət İqtisad Universitetində "İnzibati idarəetmə" ixtisası üzrə bakalavr, "İqtisadiyyatın idarə edilməsi" ixtisası üzrə isə magistr təhsili alıb.

M.Babayev peşə fəaliyyətinə bank sektorunda başlayıb, müxtəlif banklarda rəhbər vəzifələrdə çalışıb, daha sonra "Aztelekom" MMC-də maliyyə nəzarəti üzrə rəhbər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində Baş Maliyyə Direktoru işləyib, son təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON Holding) Baş Maliyyə Direktorunun müavini olub.

***

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.

 "Report məlumatına görə, o, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, İ. Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.