İpoteka kreditləri ilə bağlı mübahisələr belə həll olunacaq
Tarix: 14-04-2026, 10:33
/
Baxış: 864
İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.
Bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.
Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.
Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.
Bunlara ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni, vətəndaşa məxsus mənzilin yerləşdiyi ünvan, sahəsi və digər vacib göstəricilər qeyd olunmalıdır.
Eyni zamanda ipoteka predmetinin bazar dəyəri də müəyyənləşdirilməlidir. Bu dəyər tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndirici təşkilat vasitəsilə təyin olunur.
Qeyd edilib ki, zərurət yarandığı hallarda ipoteka predmetinin satışınadək onun mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər də məhkəmə qərarında göstərilməlidir.
Digər xəbərlər
Xəbər lenti
19:14
13-11-2026
13-11-2026
18:51
13-11-2026
13-11-2026
18:31
13-11-2026
13-11-2026
18:21
13-11-2026
13-11-2026
17:33
13-11-2026
13-11-2026
17:17
13-11-2026
13-11-2026
16:53
13-11-2026
13-11-2026
16:23
13-11-2026
13-11-2026
15:46
13-11-2026
13-11-2026
15:30
13-11-2026
13-11-2026
15:17
13-11-2026
13-11-2026
15:00
13-11-2026
13-11-2026
14:22
13-11-2026
13-11-2026
13:43
13-11-2026
13-11-2026
13:17
13-11-2026
13-11-2026
12:22
13-11-2026
13-11-2026
12:19
13-11-2026
13-11-2026
12:08
13-11-2026
13-11-2026
10:44
13-11-2026
13-11-2026
10:35
13-11-2026
13-11-2026
10:28
13-11-2026
13-11-2026
10:23
13-11-2026
13-11-2026
10:19
13-11-2026
13-11-2026
09:52
13-11-2026
13-11-2026
09:45
13-11-2026
13-11-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Məlumatı Düzgün İstifadə Edən Sahibkar Bazarı Daha Tez Oxuyur
13-11-2026 18:51
/
864
Bir Məhsulu Dünyaya Satmaq Artıq Böyük Şirkətlərin İmtiyazı Deyil
13-11-2026 18:21
/
963
Böyük Mağaza Daha Çox Qazanc Demək Deyil: Sahibkarlar Üçün Yeni Gəlir Formulu
13-11-2026 17:49
/
909
Tarladan Süfrəyə – Azərbaycan Əkinçiliyinin Yaşıl Yolçuluğu
13-11-2026 17:33
/
1 143
Su ilə Canlanan Torpaq, Zəhmətlə Böyüyən Məhsul
13-11-2026 17:17
/
963
Bərəkət Damlaları – Suvarmada Yeni Dövrün Addımları
13-11-2026 16:53
/
882








































