Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qadın sahibkarlara verilən güzəştli kreditin məbləği açıqlandı

Baxış: 99

Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın qadın sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 22 milyon manatdan çox güzəştli kredit verilib.
Sahibkartv.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O əlavə edib ki,  ayrılan vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib. 
“Qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahələrinə, əlavə dəyər yaradan fəaliyyətə daha çox maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluğa və regionların iqtisadi canlanmasına töhfə verir”, - nazir müavini vurğulayıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.