"Cənubi Qafqaz ölkələri və Türkiyə regional təhlükəsilik zonası yarada bilər"
Tarix: 8-04-2026, 09:00
/
Baxış: 279
Azərbaycan, Gürcüstan və Ermənistanı bir araya gətirən regional qurumun, real fəaliyyət göstərən regional mexanizmin yaradılması təklif edilib. Bu təkliflə gürcü siyasi analitik, akademik Badri Naçkebia çıxış edib.
Badri Naçkebia jurnalistlərə açıqlamasında deyib ki, dünyada baş verən son hadisələrin fonunda Cənubi Qafqazın təhlükəsizlik məsələsi olduqca аktual xarakter alıb, birinci plandadır.
“Gürcüstan olaraq bizi sevindirən məqam odur ki, qonşularımız Ermənistan və Azərbaycanla, xüsusilə də Azərbaycanla strateji tərəfdaşıq. Eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə qədəm qoyaraq normallaşması müşahidə olunur. Bu proses bütün Cənubi Qafqaz ölkələri arasında həm iqtisadi, həm də siyasi münasibətlərə müsbət təkan verə bilər.
İlk növbədə hər üç dövlətin bütün enerji layihələrinə qoşulması məqsədəuyğun olardı. Azərbaycan və Gürcüstan arasında enerji sahəsində əməkdaşlıq və son hadisələr bu məsələnin əhəmiyyətini daha da artırır. Çünki region Avropa ilə Asiya arasında körpü rolunu daha da möhkəmləndirir və dövlətlərimizin strateji əhəmiyyəti artır. Əgər bu prosesə Ermənistan da qoşularsa, mən bunda heç bir mənfi məqam görmürəm. Əsas odur ki, gələcəkdə münasibətləri daha da inkişaf etdirərək bütün Cənubi Qafqazı əhatə edən, bu proseslərə dəstək verən bir qurumun yaradılması mümkün olsun”. Azərbaycan, Gürcüstan və Ermənistanı bir araya gətirən regional qurumun, real fəaliyyət göstərən regional mexanizmin yaradılması mümkündürmü?
Milli Məclisin deputatı Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, xüsusilə iqtisadi sahədə belə bir regional əməkdaşlıq mexanizmin formalaşması ilə bağlı ikinci Qarabağ müharibəsində sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış etmişdi: “3+3 əməkdaşlıq formatı regional əməkdaşlıq mexanizminin qurulmasını nəzərdə tuturdu. Təəssüf ki, Gürcüstan hələ ki, bu formatda iştirak etməkdən imtina edir. İndi təklif olunan mexanizmi də əslində real saymaq olar. Sadəcə olaraq, reallaşması üçün zamana ehtiyac var. Çünki Ermənistan bu məsələdə tam olaraq qərarlaşmalıdır. Bu cür əməkdaşlıq mexanizminin mümkün olub-olmayacağı Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən də asılı olacaq. Eyni zamanda Azərbaycanla Ermənistanla sülh müqaviləsi imzalanandan sonra bu tipli əməkdaşlıq mexanizmlərinin rəsmiləşməsi mümkün ola bilər”.
Deputat qeyd edib ki, regiondakı indiki gərginlikər, təhdidlər fonunda Cənubi Qafqaz ölkələrini bir araya gətirən əməkdaşlıq formatının qurulması gget-gedə labüdləşəcək: “Burada əsas rolu Azərbaycan oynayacaq. Çünki bütün logistin imkanlar Azərbaycan üzərindən reallaşa bilir. Asiya və Avropa arasında bağlantı Azərbaycandan keçməklə reallaşa bilər. Azərbaycanla Gürcüstan arasında uzun müddətdir logistik imkanları özündə ehtiva eləyən birlik mövcuddur, strateji tərəfdaşlığımız var. Gələcəkdə bu sıraya Ermənistanın da daxil olması imkanları genişləndirə bilər. Eyni zamanda buraya Türkiyənin də daxil olması mexanizmin daha da güclü olmasını təmin edər. Üç Cənubi Qafqaz ölkəsi və Türkiyənin bölgədə bir təhlükəsizlik zonası yaratması mümkündür”.
Digər xəbərlər
Xəbər lenti
11:04
25-05-2026
25-05-2026
11:01
25-05-2026
25-05-2026
10:58
25-05-2026
25-05-2026
09:14
25-05-2026
25-05-2026
09:00
25-05-2026
25-05-2026
15:38
23-05-2026
23-05-2026
15:11
23-05-2026
23-05-2026
14:19
23-05-2026
23-05-2026
13:11
23-05-2026
23-05-2026
13:03
23-05-2026
23-05-2026
12:49
23-05-2026
23-05-2026
12:37
23-05-2026
23-05-2026
12:12
23-05-2026
23-05-2026
11:26
23-05-2026
23-05-2026
11:21
23-05-2026
23-05-2026
10:50
23-05-2026
23-05-2026
10:45
23-05-2026
23-05-2026
10:33
23-05-2026
23-05-2026
10:13
23-05-2026
23-05-2026
22:11
22-05-2026
22-05-2026
21:48
22-05-2026
22-05-2026
21:18
22-05-2026
22-05-2026
20:43
22-05-2026
22-05-2026
20:33
22-05-2026
22-05-2026
20:16
22-05-2026
22-05-2026
19:44
22-05-2026
22-05-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Suvarma və əkinçilik birlikdə 2026 sahibkarlığının əsas sütununa çevrilir
22-05-2026 22:11
/
360
Kənd təsərrüfatında ağıllı su həlləri yeni bizneslər yaradır
22-05-2026 21:48
/
270
Əkinçilikdə riskləri azaldan əsas amil texnologiya olur
22-05-2026 21:18
/
279
Suvarma sistemlərini yeniləyən kənd sahibkarları bazarda fərqlənir
22-05-2026 20:43
/
270
Əkinçilikdə gəlirli mövsümün sirri düzgün suvarmadır
22-05-2026 20:33
/
261
Su qənaəti edən fermerlər bazarda daha güclü görünür
22-05-2026 20:16
/
279








































