Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan könüllülərinin tanınmış idman ustaları ilə görüşü baş tutub - FOTO

Baxış: 208
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib. 
Tədbirin qonaqları sırasında ikiqat paralimpiya və dünya çempionu, Qarabağ müharibəsi qazisi, “Şöhrət” ordenli əməkdar idman ustası İlham Zəkiyev və karate üzrə IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı Fəridə Abıyeva yer alıb.
Görüş zamanı idmançılar öz uğur hekayələri, idman sahəsində qazandıqları nailiyyətləri barədə danışıb, sözügedən sahəyə xüsusi maraq göstərən könüllülərlə öz motivasiyaedici tövsiyələrini bölüşüblər. 
Azərbaycanda idman sahəsinə dövlət tərəfindən hər zaman yüksək diqqət və qayğı göstərildiyini, eləcə də bu sahədə qazanılan uğurların möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edən idmançılar Azərbaycan idmanının sürətli inkişafı fonunda gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinin vacibliyini də xüsusi vurğulayıblar.
Qarşılıqlı dialoq və diskussiya şəklində davam edən görüşdə qonaqlar gəncləri maraqlandıran sualları cavablandırıblar.



































Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.