Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ən kiçik diqqətsizlik ağır nəticələrə səbəb ola bilər... - BDYPİ-dən çağırış

Baxış: 63
Ən kiçik diqqətsizlik ağır nəticələrə səbəb ola bilər... - BDYPİ-dən çağırış




Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı sürücülərə çağırış edib.

“Çağırışda deyilir:

“Bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır. Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər.

Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.

Bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.

Bir daha xatırladılır ki, yollarda təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Bayram sevincinin hər hansı yol-nəqliyyat hadisəsi ilə kölgələnməməsi üçün bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yolda həm öz həyatlarına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq.

BDYPİ bayram münasibətilə bütün hərəkət iştirakçılarını bir daha təbrik edir, hər kəsə rahat və təhlükəsiz səfərlər arzulayır”.

<embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/220812.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.