Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA

Baxış: 54
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA


Ramazan ayının başa çatması ilə birlikdə müsəlmanlar Ramazan bayramını qeyd edir. Bu günün ən mühüm ibadətlərindən biri bayram namazıdır. Hər il olduğu kimi, bu il də bayram namazının hansı vaxtda qılınacağı mövzusu inanclı insanlar üçün maraq doğurur.

“Bakıvaxtı.az”ın sorğusuna cavab olaraq QMİ-nin sədr müavini hacı Fuad Nurullayev bildirib ki, bayram namazı bayram günü qılınır.

Onun sözlərinə görə, bu namaz Azərbaycanın bütün məscidlərində səhər saatlarında - təxminən 08:00-09:00 radələrində qılınır:

"Hazırda gözlənilir ki, Ramazan bayramı martın 20-nə təsadüf etsin. Bununla bağlı yekun qərar bir neçə gün əvvəl elan olunacaq, ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.