Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?

Baxış: 54
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?


Son zamanlar nömrələrin oğurlanması kimi hallarla qarşılaşan xeyli insan var. Dələduzlar nömrənin birini oğurlayıb vətəndaşdan bunun müqabilində pul tələb edirlər. Təbii ki, nömrə itirənlər də az deyil. Belə olan halda isə vətəndaşın bir çıxış yolu var.

 Baku TV xəbər verir ki, bu barədə millət vəkili Elşad Musayev məsələyə belə aydınlıq gətirib: "Dövlət qeydiyyat nişanı itəndə bizdə o dövlət qeydiyyat nişanının dublikatı verilmir ki, bu da ilk növbədə təhlükəsizliklə bağlı məsələdir. Yəni əgər dövlət qeydiyyat nişanı itibsə, bir adam onun dublikatını, deyək, aldı, ondan istifadə etdi. Nəzərə alaq ki, bir başqası da o qeydiyyat nişanını götürür, o da ondan istifadə edir".

Ekspertlər deyirlər ki, bununla bağlı qanunda müəyyən dəyişikliklər etmək lazımdır. Çünki artıq şəhərin hər bir nöqtəsində nəzarət kameraları var.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.