13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb.
General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.
Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.
Bölməyə aid digər xəbərlər