Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Romada FAO-nun tədbirində iştirak edib

Baxış: 54

Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş qərargahında “Davamlı akvakultura təlimatlarının tətbiqi üçün regional yanaşmalar” mövzusunda beynəlxalq ekspert seminarı keçirilib.
Sahibkartv.az xəbər verir ki, Tədbir FAO tərəfindən 2024-cü ildə qəbul olunmuş “Dayanıqlı Akvakultura üzrə Təlimatlar”ın (GSA) ölkələr səviyyəsində praktik tətbiq mexanizmlərinin hazırlanmasına həsr edilib. Seminar çərçivəsində GSA-nın idarəetmə və planlaşdırma, resurslardan dayanıqlı istifadə, sosial məsuliyyət və dəyər zənciri istiqamətləri üzrə tətbiqi, eləcə də qərar qəbuletməni dəstəkləyən alətin formalaşdırılması məsələləri müzakirə olunub.
Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq və akvakultura sahəsində həyata keçirilən institusional islahatlar, elmi əsaslı idarəetmə və monitorinq mexanizmlərinin tətbiqi, su bioresurslarının qorunması və artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmizdə sektorun inkişafı ekosistem əsaslı yanaşmaya söykənir və müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdəndir.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.