Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək

Baxış: 45
Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək


Azərbaycanda yaz fəslinin gəlişindən xəbər verən çərşənbələr yaxınlaşır.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara əsasən, bu çərşənbə suya tapınma ilə xarakterizə olunur. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su üstündən atlanmaq, arzularını, diləklərini suya söyləmək, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu çərşənbənin ayinlərindəndir. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.

Yeri gəlmişkən, martın 3-də Od, martın 10-da Yel, martın 17-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 18:45:53-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.