Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda Ramazan ayı başlayıb

Baxış: 45
Azərbaycanda Ramazan ayı başlayıb


Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edir.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruz ilə üst-üstə düşür. Tövsiyə edilib ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə, Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur.

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günü olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.