Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Balıq bahalaşdı - Levrək 20, çupra 18 manat...

Baxış: 81
Balıq bahalaşdı - Levrək 20, çupra 18 manat...


Son günlər balıq bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
Sahibkartv.az milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, əvvəlki günlərlə müqayisədə alıcı sayının artması tələbatı yüksəldib və bu da qiymətlərə təsirsiz ötüşməyib.
Bildirilib ki, xüsusilə xaricdən idxal olunan balıqların qiymətində son bir həftə ərzində hər kiloqram üzrə 1-2 manat artım qeydə alınıb. Hazırda balıq əsasən İran, Rusiya və Türkiyədən gətirilir.
Satıcıların sözlərinə görə, əvvəllər 33-34 manata satılan ağ balıq hazırda 36-37 manata təklif olunur. Levrək 20 manata, çupra 18 manata, forel isə 12-13 manata satılır. Xaricdən gətirilən forellərdə də təxminən 1 manat artım müşahidə edilir. İran mənşəli forel və suprada da qiymət artımı qeydə alınıb.
Satıcılar qeyd edirlər ki, Xəzər dənizindən çıxarılan balıq son dərəcə azalıb. Yerli balıq nadir hallarda bazara çıxarılır və satışa təqdim edilən az miqdar da qısa müddətdə tükənir. Çay balıqlarında da azalma müşahidə olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.