Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Banklar ipoteka kreditlərinin həcmini üç dəfəyə qədər artırıb

Baxış: 344
2021-ci ilin yanvar ayı ərzində banklar tərəfindən 16,9 milyon manat ipoteka krediti verilib.
Sahibkartv.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin yanvar ayı ilə müqayisədə (6,1 milyon manat) banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 2,8 dəfə artıb.
Bu dövr ərzində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 19,9 milyon manat olub. Əvvəlki ilin göstəricilərinə (6,2 milyon manat) nisbətən yenidən maliyyələşdirilən kreditlərin həcmi 3,2 dəfə artıb.
Əlavə edək ki, yanvar ayı ərzində müvəkkil kredit təşkilatları (MKT) tərəfindən verilən məbləğ 53 min manatı təşkil edib.
İlin əvvəlində faiz dərəcəsi 6,36-dan 6,34-ə enib. Aylıq ödənişlərin həcmi isə ilin sonunda olduğu kimi 370,2 manat həcmində müəyyənləşib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.