Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paytaxt yollarında sürət həddi endirilidi - XƏBƏRDARLIQ

Baxış: 326
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 
Bu barədə Sahibkartv.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, buz bağlama ehtimalını nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. 
“Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.