Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Son Dəqiqə: Onlar əsgərlikdən tamamilə azad edilir

Baxış: 81
Son Dəqiqə: Onlar əsgərlikdən tamamilə azad edilir



Doktoranturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Qanunun 23.1.1-ci maddəsinə görə isə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan tamamilə azad edilirlər.

Doktoranturada təhsil əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalarda həyata keçirilir.

Mövcud qanunvericiliyə əsasən, yalnız əyani formada təhsil alan çağırışçılara təhsillərini davam etdirmək üçün hərbi xidmətdən möhlət verilir.

Qanuna əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azaddırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.