Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda yeni metro bu il stansiyası istifadəyə veriləcək

Baxış: 117
Bakıda yeni metro bu il stansiyası istifadəyə veriləcək


“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, uzun illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib.

Bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb:

“Eyni zamanda, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib.
 

“Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb. Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq.


Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.