Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər

Baxış: 153
Süfrəmizdəki təhlükə: Tez xarab olan çörəklər


Vətəndaş iddia edir ki, aldığı çörəkdən cəmi bir gün sonra xoşagəlməz qoxu gəlməyə başlayıb və məhsul yemək üçün yararsız hala düşüb.

Bəs əvvəllər bir neçə gün istifadə edə bildiyimiz çörəyin ömrünün indi bu qədər qısa olmasının səbəbi nədir?

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Fikrimcə, çörəyin tez xarab olması normaldır. Əgər tərkibində çoxlu kimyəvi maddə yoxdursa, tez xarab olmalıdır. Pis qoxu isə antisanitar şəraitdə saxlanılması ilə bağlıdır", - deyə sakinlərdən biri bildirib.

"Çörəyə mayanı çox qatırlar. Ona görə də tez xarab olur", - başqa bir sakin qeyd edib.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, istehsal prosesini sürətləndirmək məqsədilə fermentasiya müddətini qısaltmaq üçün müxtəlif kimyəvi sürətləndiricilər və maya maddələrindən istifadə olunur:

"Bu, xəmirin normal acıma müddətini sürətləndirir və nəticədə, məhsul daha tez xarab olur. Eyni zamanda çörəyin isti-isti polietilen paketlərə yığılaraq satışa göndərilməsi, daşınma zamanı temperatur rejiminin dəyişməsi də onun tez xarab olmasına səbəb olur. Bəzi hallarda çörəklərdə konservantlardan istifadə edilməməsi də məhsulun rəf ömrünün qısa olmasına gətirib çıxarır. Əgər çörəkdə xoşagəlməz qoxu və ya kif müşahidə olunarsa, onu istehlak etməkdən imtina edilməlidir. Əks halda bu, daxili orqanların funksiyalarının pozulması və həzm sistemində problemlərlə nəticələnə bilər".





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.