Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şuşaya gedən Zəfər yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ

Baxış: 340
Şuşaya gedən Zəfər yolunun avqust ayının sonuna qədər asfaltlanması planlaşdırılır.
Sahibkartv.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 
Sədr Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib:
“Yolun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Şuşaya gedən yolun 61 kilometrə yaxın hissəsi minadan tam təmizlənməyib, yalnız yolun çəkiləcəyi ərazinin 7 metr enində olan hissəsi təhlükəsizdir.
Ümumilikdə isə ikinci dərəcəli yol çəkmək üçün bizə 17 metrlik zolaq lazımdır. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini də nəzərə alırıq. Minalardan təmizlənmə işləri həyata keçirildikcə biz də yolun genişləndirilməsini təmin edəcəyik. Ümumilikdə avqustun sonuna qədər Zəfər yolu xalqın istifadəsinə veriləcək”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.