Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Saathesabı əməkhaqqı hökumətə təqdim olundu

Baxış: 306
Saathesabı əməkhaqqı hökumətə təqdim olundu


Saathesabı əməkhaqqı məsələsi hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir.

milli.az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda keçirilən mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, saathesabı əməkhaqqı sisteminə keçid mərhələli şəkildə nəzərdə tutulur.

Vəli Quliyev qeyd edib ki, saathesabı və aylıq minimum əməkhaqqı formaları paralel olaraq saxlanılacaq. Bildirilib ki, bəzi ölkələrdə həm saathesabı, həm də aylıq minimum əməkhaqqı tətbiq olunur, bəzilərində isə yalnız saathesabı minimum əməkhaqqı mövcuddur.

Xidmət rəisinin sözlərinə görə, saathesabı minimum əməkhaqqı sistemi ikinci mərhələyə keçid üçün nəzərdə tutulub. Natamam əmək müqaviləsi ilə çalışan şəxslər, eləcə də bir aya qədər müddətə əmək müqaviləsi bağlayan işçilər üçün saathesabı əmək müqavilələrinin tətbiqi planlaşdırılır. Bu kateqoriyaya aid olan işçilər üçün həftəlik saathesabı sistemin tətbiqi nəzərdə tutulur.

Qeyd olunub ki, məsələ ilə bağlı hökumətlə müzakirələr davam edir və məqsəd hər iki sistemin qanunvericilikdə əksini tapmasıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.