Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yaşa görə pensiya artırılır - Nazir məbləği AÇIQLADI

Baxış: 36
Yaşa görə pensiya artırılır - Nazir məbləği AÇIQLADI


2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev “Az TV”də yayımlanan “Hədəf” verilişində məlumat verib. 

Nazir bildirib ki, bu il pensiyaların təqribən 9 faiz artırılması, bunun üçün əlavə illik 636 mln manat vəsait ayrılması nəzərdə tutulur.

"1.1 milyon vətəndaşın pensiyasının indeksləşməsi gözlənilir. İndeksasiya mexanizmi Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçrilir. Komitə rəqəmləri elan etdikdən sonra məbləğin tam dəqiq şəkildə nə qədər indeksasiya olunacağı bilinəcək", - deyə nazir əlavə edib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.