Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb

Baxış: 45
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb


Zabitlərin dinc dövrdəki həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb.

Bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Beləliklə, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılaraq 1 il (hazırda həmin müddət 1 il 6 aydır) müəyyən ediləcək.

Eyni zamanda, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rübəsi veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.