Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ

Baxış: 108
DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ


Səhər saatlarında işə, təhsil müəssisələrinə və digər gündəlik fəaliyyətlərə tələskənlik nəqliyyat axınının intensiv olduğu yollarda yol hərəkəti iştirakçılarının diqqətini yayındırır və riskli davranışlara zəmin yaradır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, belə şəraitdə verilən tələsik qərarlar sürücülər və piyadalar arasında yol hərəkəti qaydalarının pozulmasına gətirib çıxarır, bu isə qəza riskini ciddi şəkildə artırır.
 

“Aparılan təhlillər göstərir ki, səhər saatlarında baş verən yol-nəqliyyat hadisələri əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətin yayınması və yol şəraitinin düzgün qiymətləndirilməməsi ilə bağlı olur”, - məlumatda vurğulanıb.


Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və piyadaların diqqətinə çatdırıb ki, sürücülər sürət həddini yol və hava şəraitinə uyğun seçməli, nəqliyyat axınının intensiv olduğu vaxtlarda daha diqqətli və məsuliyyətli davranmalıdırlar; piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

“Unutmamalıyıq ki, yol hərəkəti qaydalarına riayət edilməsi yollarda təhlükəsizliyin təmin olunmasının əsas şərtidir”, - məlumatda qeyd edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.