Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Baxış: 72


Məlum olduğu kimi, bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür. 1992-ci ildə düşmənə qarşı qəhrəmancasına mübarizə aparan Natiq Qasımov təkbaşına 5 gün gecə-gündüz postunu qoruyub.

Sonradan ermənilər Xocalıda əsir götürülən 22 nəfəri güllələmək hədəsi ilə onu təslim olmağa məcbur ediblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatları məlumatlandırmayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötənilki Sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Natiq Qasımov yaddaşlarda daha çox Azərbaycan bayrağını əlində tutaraq qoruduğu və ermənilərin onu dindirməsi zamanı çəkilən fotolarla qalıb.

Azxeber.com-a istinadən Natiq Qasımovun 1989-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmət edərkən çəkilən nadir fotolarını təqdim edirik:

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.