Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İnternet bahalaşacaq? - RƏSMİ AÇIQLAMA

Baxış: 531
İnternet bahalaşacaq? - RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə növbəti ildən internet tariflərinin qiymətlərində artım olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymət dəyişikliklərinin ev təsərrüfatlarının aylıq xərclərinə və rəqəmsal xidmətlərdən istifadə imkanlarına necə təsir edəcəyi isə cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə əlaqədar "Aztelekom" MMC-dən Trend-ə bildirilib ki, hazırda "Aztelekom" MMC-nin internet tariflərində artımla bağlı hər hansı qərarı mövcud deyil.

"Məlumat üçün bildirək ki, tariflərdə yenilik nəzərdə tutulduğu halda, abonentlər ən azı 30 gün əvvəl rəsmi kommunikasiya kanalları vasitəsilə məlumatlandırılır",- deyə MMC-dən əlavə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.