Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əhalinin həssas qruplarına 28,7 milyon manat güzəştli kredit ayrılıb

Baxış: 364
Sahibkarlığın İnkişafı Fondu tərəfindən əhalinin həssas qruplarına verilmiş güzəştli kreditlərin həcmi barədə məlumat verilib.
Sahibkartv.Az-ın Fondun “2020 - İllik Hesabat”ına əsasən verdiyi məlumata görə, bu qrup üzrə sahibkarlara ümumilikdə 28,7 milyon manat güzəştli kredit verilib.
Belə ki, ötən il ərzində 74 qadın sahibkarlıq subyektinə 5,2 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 297 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Həmçinin, 47 məcburi köçkün sahibkarlıq subyektinə 6,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 134 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Eləcə də, 46 gənc sahibkarlıq subyektinə 17 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 314 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.