Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

Baxış: 310
Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır. 
Sahibkartv.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib. 
Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:
“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.
O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:
“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.