Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əhalinin bir qismi güzəştli qaz limitindən istifadə etməkdən məhrum olub

Baxış: 336
Dekabr ayının 1-nə olan göstəricilərə əsasən, 2 milyon 317 min 683 əhali abonentinin 15,62 faizi illik hər kubu 10 qəpikdən satılan 2 min 200 kubmetrlik güzəştli limit həddini keçib.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, bu da say etibarı ilə 361 926 abonent deməkdir.
Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 faiz) qazdan güzəştli limit daxilində istifadə edib.
Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,9 faiz olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.
Qeyd edilib ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 faiz müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.