Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

COVID-19 müalicə paketi satışa çıxarıldı, TƏBİB açıqlama verdi

Baxış: 302
Koronavirusa görə evdə müalicə alan vətəndaşlara Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən pulsuz verilməli olan müalicə paketlərinin satışa çıxarıldığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Sahibkartv xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.
Məsələ ilə bağlı TƏBİB-dən "Report"a bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: “TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.