Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Səyyar Kofe Evləri" - 300 min manata yaxın pul xərclənəcək

Baxış: 188


Dövlət Məşğulluq Agentliyi “Səyyar Kofe Evləri-2” layihəsi çərçivəsində yeni avadanlıqların alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
Sahibkartv.az xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 344 min 680 manat olsa da "TANOD MMC" ilə 284.863 manatlıq müqavilə imzalanıb.
Layihə çərçivəsində 15 ədəd qəhvə maşını, 15 ədəd qəhvə üyütmə maşını, 15 ədəd treyler (səyyar qəhvə evlərinin fəaliyyətini təmin edəcək nəqliyyat vasitələri) olmaqla ümumilikdə 45 avadanlıq alınması planlaşdırılır.
Diqqətə çatdıraq ki, alınan avadanlıqlar işsiz şəxslərin məşğulluğunun artırılması və sahibkarlığın inkişafına töhfə verməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, avadanlıqların alınması prosesi aprelin 30-na qədər tamamlanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.