Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyalı həkim pandemiyadan sonra yeni epidemiya barədə xəbərdarlıq edib

Baxış: 275
Gələn il Rusiyada vərəm xəstəliyinin kütləvi yayılması baş verə bilər.
Sahibkartv xəbər verir ki, bu barədə Rusiyanın Uzaq Şərq regionu üzrə baş vərəm mütəxəssisi Pavel Fadeyev "Çita.ru"ya bildirib.
Həkimin sözlərinə görə, koronavirus pandemiyası fonunda xəstələrin dispanserlərə yerləşdirilməsini məhdudlaşdırmaq lazım gəlib. Bunun nəticəsində profilaktik müayinələrin sayı 30 daiz azalıb.
Fadeyev qeyd edib ki, bu, vərəm xəstələrinin natamam üzə çıxarılmasına və son nəticədə isə onun yayılmasına gətirib çıxaracaq. Çünki xəstəliyi ilk mərhələlərdə aşkarlamaq çox çətindir.
"Yəni biz vaxtında dispanserləşdirmə keçməyən və flüoroqrafiya etməyən bu insanların hesabına vərəm xəstələrinin sayının artmasını gözləyirik”, - həkim əlavə edib.
Pavel Fadeyevin sözlərinə görə, xəstəliyin yayılmasının başqa mənbəyi COVID-19-a yoluxmuş insanlar ola bilər. Onların zərər çəkmiş ağciyərləri vərəm törədiciləri üçün asan hədəf olacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.