Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Qarabağın məşhur müəllimləri" - Mirzə Salah bəy Zöhrabbəyov

Baxış: 374
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovdur.
Sahibkartv xəbər verir ki, o, 1859-cu ildə Şuşa şəhərində anadan olub.

Fransada təhsil aldıqdan sonra Rusiyaya gəlib və Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Sonra Şuşaya qayıdıb, öz vəsaiti hesabına məktəb tikdirib və həmin məktəbdə rus dili dərsini deməyə başlayıb, "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərs vəsaitini yazıb. Bir müddət isə Şuşa realnı məktəbində müəllim işləyib.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.