Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanıldı

Baxış: 308
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və dərhal yaşadığı ünvana geri qaytarılıb.
N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.