Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Tost" maliyyə piramidası partladı, idarəçiləri yoxa çıxdı

Baxış: 216
"Tost" maliyyə piramidası partladı, idarəçiləri yoxa çıxdı


“Tost” maliyyə pramidası partladı
“Tost” maliyyə pramidası idaərçilərindən xəbər yoxdur. Vəzir piyadaya dönüb aradan çıxdı. Bütün vəsaiti götürüb yoxa çıxdılar”.
Sahibkartv.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib. O bildirib ki, bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb:
“Piramida partladı. Minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb. 
Bu platformadan qazananlar, “sən partlatdın” deyib həyasızca rəy yazanlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır”. 
Verilən zərər böyük olduğunu deyən mütəxəssis bildirib ki, insanlar Daxili İşlər Nazirliyinə axın edəcək:
“Dələduzlar isə qəzəbli zərərçəkənləri mənim üstümə göndərib təhlükə yaratmağa çalışır.
Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımı tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək”.
Qeyd edək ki, DİN bundan əvvəl  “Tost” maliyyə pramidası ilə bağlı araşdırma başlandığını açıqlamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.