18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
Dinc Gəncəyə növbəti zərbə İrəvanın beynəlxalq humanitar hüquq normalarını və müharibə qaydalarını pozan təcavüzkar siyasətinin növbəti sübutudur.
Bu sözləri QanunXəbər.coma-a Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin professoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Kayrat Osmonaliyev deyib.
O, Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün ədalətli müharibə apardığını vurğulayıb:
“Azərbaycan yüksək texnoloji silahlarını, həmçinin döyüş ruhunu nümayiş etdirdi. Geri çəkilmək məcburiyyətində qalan erməni işğalçıları isə dinc şəhərlərə zərbələr endirməklə çaxnaşmaya cəhd edirlər, lakin bu, təcavüzkarı əzmək arzusunu daha da artırır”.
K.Osmonaliyevin sözlərinə görə, KTMT-yə üzv olan ölkələrin özündə Ermənistanı təşkilatdan çıxarmaq çağırışları səslənməyə başlanıb:
“Mən türk dünyasını Azərbaycanla həmrəy olmağa çağırıram. Bir neçə dəfə demişəm ki, Ermənistan KTMT-yə siyasi motivlərlə qəbul edilib, amma bunun üçün hüquqi əsas yoxdur. KTMT-nin Nizamnaməsinə əsasən, təcavüzkar dövlətlər bu təşkilata qəbul edilmir. KTMT üzvü bu təşkilatın məqsəd və prinsiplərini, daha dəqiq desək, sülhün, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsini bölüşməlidir. Şəhərlərə zərbələr bu konsepsiyaya uyğun gəlmir”.
Ekspert həmçinin qeyd edib ki, artıq İrəvan Azərbaycan Ordusunun uğurlarını, qarşısıalınmaz irəliləyişini tanımaq məcburiyyətində qalır:
“Azərbaycan bütün Qarabağı nə qədər tez azad etsə, bir o qədər yaxşıdır. Bu zaman hansı silahların tətbiq olunacağı əhəmiyyətsizdir. Əsas odur ki, bu silahlar beynəlxalq konvensiyalarla qadağan edilməsin”.
Bölməyə aid digər xəbərlər