Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Serbiyanın hərbi attaşesi Azərbaycanın üzləşdiyi mina problemi barədə məlumatlandırılıb

Baxış: 292
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Serbiyanın 

Azərbaycandakı hərbi attaşesi polkovnik Mile Çelikoviçlə görüş keçirib.

ANAMA-nın mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanın üzləşdiyi mina problemi, ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti və ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradılacaq “Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi” haqqında qonağa məlumat verilib.

Görüş zamanı ölkəmizdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Serbiya tərəfindən mümkün dəstəyin göstərilməsi üzrə fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.