Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azəriqaz”: “Bu il sayğaclarla bağlı 2 mindən çox müraciət daxil olub”

Baxış: 260


“Azəriqaz”: “Bu il sayğaclarla bağlı 2 mindən çox müraciət daxil olub”
2022-ci ilin birinci yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Metrologiya Departamentinə sayğaclarla bağlı 2 min müraciət daxil olub.
“Sahibkartv.az”ın məlumatına görə, bunu Metrologiya Departamentinin rəisi Zehin Rəsulov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Departament rəhbəri qeyd edib ki, Birlik əməkdaşları qaz sayğacına müdaxilə halı aşkarlayarsa, sayğac abonentin iştirakı ilə çıxarılır, akt tərtib olunur və möhürlənib Departamentə gətirilir: "Müvafiq sahə üzrə idarə abonentə SMS bildirişi göndərir və vətəndaşın iştirakı ilə sayğaca baxış keçirilir. Digər hallar da ola bilər. Abonent hesab edir ki, onun sayğacı düz yazmır və digər bu kimi nasazlıqlar yaranıb, bu zaman da onun sayğacı eyni qaydada çıxarılıb Departamentə gətirilir”.
Z.Rəsulov bildirib ki, bütün hallarda məişət sayğaclarının qulluğu "Azəriqaz"ın hesabına keçrilir: “Heç bir halda abonentdən ödəniş tələb olunmur. Dövri yoxlamaya gətirilən sayğaclara baxış zamanı abonentlər iştirak etməlidir. Baxmayaraq ki, cari ilin 6 ayında 2 mindən çox müraciət olunub, amma sayğacların təftişində iştirak edən abonentlərin sayı 78 nəfər olub".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.