"2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30-cu ili tamam olub. İƏT Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardandır".
"Sahibkartv.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin islam konfransının 11-ci sessiyasının iştirakçılarına müraciətində bəyan edib.
"Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında həmrəyliyi, birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib. Biz bundan sonra da, bu işə hər tərəfli töhvəmizi verməyə davam edəcəyik. Bu illərdə İƏT-in fəal üzvü kimi Azərbaycan üzv dövlətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar çərçivəsində öz əməkdaşlıq əlaqələrini qurub. Bakı şəhəri İƏT-ə üzv dövlətlərin sahəvi nazirlərinin bir çox iclaslarına ev sahibliyi edib.
2017-ci ildə Azərbaycanda islam həmrəyliyi ili elan olunub və 54 dövlətin iştirakı ilə 4-cü islam həmrəylik oyunları keçirilib. İƏT Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini pisləyən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan, ölkəmizin suverənliyini, ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr və bəyanatlar qəbul edib. 2020-ci ildə 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq, ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri icra edib. Müharibə zamanı İƏT tərəfindən nümayiş olunan qətiyyətli mövqe və Azərbaycana verilən dəstəyi aşqışlayırıq.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur coğrafi mövqeyi, unikal relyef müxtəlifliyi, füsunkar təbiəti, qədim tarixi abidələri ilə zəngin turist potensialına malik bölgələrdir. Hazırda "Yaşıl Enerji" zonası elan edilmiş bu ərazilərdə aparılan geniş miqyaslı yenidənqurma və bərpa işləri "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarına uyğun həyata keçirilir.
Əfsuslar olsun ki, Ermənistan bu ərazilərdəki bütün mədəni irsimizi, o cümlədən islam dininə aid bütün abidələri dağıdıb, 67 məsciddən 65-ni yerlə yeksan edib, qalan məscidlərə isə ciddi zərər vurub, heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədərək, təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hislərini təhqir edib. Ermənistan burada həmçinin ekosit törədərək meşələrimizi məhv edib, torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləndirib, şəhər və kəndlərimizi dağıdıb, çoxsaylı minalar basdırıb. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənsitan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir edilməsini şiddətlə qınayıb. Biz buna görə, üzv dövlətlərə və İƏT baş katibliyinə bir daha təşəkkürümüzü bildiririk", - dövlət başçısı bildirib.
"Əlamətdar haldır ki, İƏT-ə üzv dövlətlərin turizm nazirlərinin iclası artıq 2-ci dəfədir ki, ölkəmizdə keçirilir. Azərbaycan İƏT-ə üzv dövlətlərlə turist sahəsində səmərəli əməkdaşlıq edir. Statistik göstəricilərə əsasən, "COVID-19" pandemiyasından əvvəlki 3 il ərzində İƏT-ə üzv dövlətlərdən 3 milyondan artıq turist Azərbaycana səfər edib. Xalqlarımızın dini və mədəni yaxınlığı, Azərbaycan xalqının qonaqpərvərliyi, turist infrastrukturunun inkişafı, asanlaşdırılmış viza siteminin tətbiqi, habelə ölkəmizdə hökm sürən sabitlik və əmin amanlıq şəraiti Azərbaycanı turistlər üçün cəlb edici məkan edir. Biz qarşıdakı illərdə İƏT-ə üzv dövlətlərdən turist axının sürətlənəcəyinə və turist əlaqələrimizin daha da genişlənəcəyinə inanırıq. Əminəm ki, sessiya çərçivəsində aparılacaq müzakirələr turizm əməkdaşlığınının artırılması üçün yeni ideya və təşəbbüslərin irəli sürülməsinə, qardaş xalqlarımız arasında etimad və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcək. Sizə ən xoş arzulıarımı yetirirəm, sesiyanın işinə uğurlar diləyirəm", - deyə İ.Əliyev fikrini tamamlayıb.
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
İlham Əliyev: "Azərbaycan hər zaman İƏT-ə üzv dövlətlər arasında həmrəyliyk yolunda səylər göstərib"

Bölməyə aid digər xəbərlər

Tarix: 28-06-2022, 10:49 Oxunub: 189
Bölməyə aid digər xəbərlər
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
26-03-2022, 19:12
İƏT-in 4 qətnaməsi - Azərbaycanın haqlı mövqeyinə növbəti dəstək
26-03-2022, 15:33
İslam dünyası İrəvanı küncə sıxışdırdı: “Bakının şərtlərini qəbul etməsə, sarsıdıcı zərbəyə tuş gələcək”
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
8-12-2021, 09:30
XİN-dən Azərbaycanın İƏT-ə üzvlüyünün ildönümü ilə bağlı BƏYANAT
11-10-2021, 12:53
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı - TAM MƏTN + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-08-2021, 14:22
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib - YENİLƏNİB + FOTO
29-07-2021, 14:11
İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açıldı - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
6-02-2021, 11:35
Qarabağı Qafqazın ən böyük turizm məkanına çevirmək olar- ARAŞDIRMA
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO