Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hikmət Hacıyev: “Enerji mövzusunda Azərbaycana çoxlu müraciətlər daxil olur”

Baxış: 209
“Enerji mövzusunda Azərbaycana ikitərəfli əsaslarda çoxlu müraciətlər daxil olmaqdadır. Azərbaycan da etibarlı tərəfdaş olmaqla Avropanın xüsusilə enerji güvənliyinin artırılması üçün əlindən gələn səyləri göstərməkdədir”.
“Sahibkartv.az”ın xəbərinə görə, bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Proseslər o qədər sürətlə dəyişir ki, dünən ağlımıza gəlməyən şeylər bu gün dövlətlərarası münasibətlərdə baş verməkdədir. Təəssüf ki, dünyanın enerji mövzusunda da çox böyük problemləri var. Həmçinin burada qida problemləri də yarana bilər”, - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
“Yenə miqrasiya problemləri ortaya çıxa bilər. Düşünürük ki, bütün bunların fonunda ölkələrin bir araya gələrək, bu məsələləri həll etməsi çox önəmlidir”, - Hikmət Hacıyev əlavə edib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.