Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BP: Azərbaycanda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir

Baxış: 386



BP: Azərbaycanda günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir 


Azərbaycan və Britaniyanın BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyası tikintisi ilə bağlı danışıqlar bitmək üzrədir.
Bu barədə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda kommersiya məsələləri müzakirə edilir və razılaşdırılacaq çox az məsələ qalıb.
Bəxtiyar Aslanbeyli onu da qeyd etdi ki, tərəflər arasında razılıq yaxın zamanlarda əldə oluna bilər, o bunun yay ərzində baş tutacağını da istisna etmədi.
Qeyd edək ki, sözügedən günəş elektrik stansiyasının tikintisi təqribən 200 mln. dollara başa gələ bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.