2022-ci ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin sayı 10 min 812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 167 min 178 nəfərə çatmışdır.
Sahibkartv.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.
Qeyd edilib ki, 2022-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 313,5 min nəfər olmuş, onlardan 4 milyon 998,6 min nəfərini məşğul əhali, 314,9 min nəfərini işsiz əhali təşkil etmişdir.





































