Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda "Büdcənin sair daxilolmalarının proqnozu" anlayışı məhdudlaşdırılıb

Baxış: 566
Nazirlər Kabineti “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 10 yanvar 2020-ci il tarixli qərarında dəyişiklik edib.
"Sahibkartv.az” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarda deyilir ki, “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 dekabr 2021-ci il 24 dekabr tarixli qanunun icrasını təmin etmək məqsədilə “Dövlət büdcəsinin sair daxilolmalarının proqnozu” anlayışından “dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar” çıxarılsın.
Bundan başqa, dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanılmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanılan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmaların proqnozunun növbəti büdcə ilində dövlət büdcəsinə gözlənilən daxilolmaların məbləği müvafiq təkrar borc sazişlərinin şərtləri (kreditin qaytarılması və ona hesablanmış faizlərin ödəniş qrafikləri) əsasında müəyyən edilməsinə dair bənd də mövcud qərardan çıxarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.