Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb”

Baxış: 288


“Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi”.
Bunu Prezident İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. 
Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.