Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidenti: "Təəssüf ki, Ermənistanda tarix hələ də saxtalaşdırılır"

Baxış: 395
"Təəssüf ki, Ermənistanda hələ də hər addımda tarix saxtalaşdırılır".
“Sahibkrtv.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Cenevrə Universitetinin nümayəndəsi Ventseslav Sabevin sualını cavablandırarkən deyib.
Dövlət başçısı erməni tərəfinin saxtakarlıqlarına konkret misallar gətirərək vurğulayıb: “Qeyd etməliyəm ki, tarixi saxtalaşdırmaq siyasəti 5-6 il davam edib, hətta ondan sonra da onu yeni parametrlərlə tamamlayıblar. Yəni Azərbaycan şəhərlərinin adlarını rəsmən dəyişdirərək saxta erməni adları qoyublar. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başladılar. “Şuşi” adı tarixdə heç vaxt olmayıb, onun nə demək olduğunu da bilmirəm”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.