Day, Month 00, Year
00: 00: 00 AM
İlham Əliyev: "Fransa ilə əlaqələr bizim üçün vacibdir"

"Dünyanın aparıcı dövlətlərindən biri olduğu üçün Fransa ilə əlaqələr Azərbaycan üçün vacibdir".
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşdə Fransa ilə əməkdaşlıq məsələsini şərh edərkən deyib.
Dövlət başçısı iki ölkə arasında mədəniyyət sahəsində dərin əməkdaşlığın qurulduğunu bildirib.
“Siyasi münasibətlərimizə gəlincə, bu, normaldır, deyərdim ki, normaya düşür. Biz orada yaşayan erməni icmasının təsiri olduğunu da başa düşürük. Amma Fransa ilə münasibətlər bizim üçün önəmlidir, çünki o, dünyanın aparıcı ölkələrindən biridir. Bu, həm də bizim mövqeyimizi təqdim etmək baxımdan da əhəmiyyətlidir”, - ölkə başçısı diqqətə çatdırıb.


Tarix: 29-04-2022, 13:16 Oxunub: 97


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı